SON DƏQİQƏ
» » Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

Tarix:

2-12-2024, 10:58

/ 3 626 dəfə oxundu.
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb.
GunAz.az xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ilk pillədə yer alıb.
Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 450 xalla ikinci, Paris-2024-ün digər qalibi, cüdoçu Zelim Kotsoyev (350 xal) isə üçüncüdür.
İlk “10-luq”da qadın atlet Anna Skidan (315 xal), cüdoçu Elcan Hacıyev (300 xal), idman gimnastı Nikita Simonov (285 xal), cüdoçu Balabəy Ağayev (280 xal), bədii gimnast Zöhrə Ağamirova (225 xal), cüdoçular Yaşar Nəcəfov və Zelim Tçkayev (hər ikisi 200 xal) yer alıblar.//report
скачать dle 12.1

Şərhlər