SON DƏQİQƏ
» » Futbol dünyasını məyus edən ayrılıq xəbəri

Futbol dünyasını məyus edən ayrılıq xəbəri

Tarix:

8-03-2017, 23:27

/ 4 149 dəfə oxundu.
Futbol dünyasını məyus edən ayrılıq xəbəri

"Arsenal"ın baş məşqçisi Arsen Venger vəzifəsindən ayrılır.

 Fransız mütəxəssis "Bavariya" ilə oyunlardan sonra bu qərarı verib.

"Arsenal" Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya qarşı keçirdiyi hər iki oyunda 1:5 hesabı ilə yenilib. Artıq London klubunun fanatları Arsen Vengerin istefasını tələb edir.

İddialara görə, mütəxəssis "Bavariya" matçından sonra paltardəyişmə otağında futbolçulara "Mövsümün sonunda gedirəm" deyib.

Bundan sonra mətbuatın önünə çıxan Arsen Venger istefası ilə bağlı suala belə cavab verib: "Mövsümün sonunda təqaüdə çıxmaq niyyətində deyiləm. "Arsenal"da və ya başqa klubda fəaliyyətimi davam etdirəcəm". (fanat.az)

Gunaz.az


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ