Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
GunAz.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və iki topla bacarıqlarını göstərib.
Yığma 28.150 xala layiq görülüb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhdlərdən sonra mövqeyi bəlli olub.