SON DƏQİQƏ

Türkiyə millisi yığmamızı məğlub etdi

Tarix:

1-06-2024, 08:33

/ 3 057 dəfə oxundu.
Türkiyə millisi yığmamızı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. B Liqasının 1-ci qrupunda yer alan millimiz üçüncü matçında Türkiyə yığması ilə səfərdə qarşılaşıb.
“Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.
Qeyd edək ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Dalğa Arena”da qarşılaşacaqlar.скачать dle 12.1

Şərhlər