SON DƏQİQƏ
» » Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

Tarix:

22-03-2024, 08:00

/ 1 756 dəfə oxundu.
Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
GunAz.az-ın məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşacaq.
 
“Qarabağ Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək. Matçı Bosniya və Herseqovinadan olan hakim Antoni Bandiç idarə edəcək.
İngiltərə yığması 12 xalla qrupda ikinci pillədə qərarlaşır. 4-cü sıradakı Azərbaycan millisinin isə hesabında 3 xal var.
Qeyd edək ki, Samir Əliyevin kollektivi martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
16:00. Azərbaycan – İngiltərə
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Qarabağ Arena”
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ