Türkiyə millisi yığmamızı məğlub etdi

“Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.
Qeyd edək ki, bu komandalar qrup mərhələsinin 4-cü turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Dalğa Arena”da qarşılaşacaqlar.