SON DƏQİQƏ
» » Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Tarix:

4-04-2024, 20:00

/ 2 166 dəfə oxundu.
Azərbaycan boksçusu Avropa birinciliyinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.

Federasiyadan GunAz.az-a verilən məlumata görə, 60 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/16 finalda Demurovi Levanla (Gürcüstan) qarşılaşıb.

Hər üç raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Qasımzadə növbəti görüşdə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Bu döyüş aprelin yeddisində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ