SON DƏQİQƏ

İtaliyalı futbolçu yenidən Türkiyə klubunda

Tarix:

30-12-2023, 09:40

/ 3 979 dəfə oxundu.
İtaliyalı futbolçu yenidən Türkiyə klubunda

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi sabiq futbolçusu – italiyalı Andrea Bertolaççini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə yarım mövsümlük müqavilə imzalanıb.
Bertolaççi bu ilin yayında İstanbul klubundan ayrılaraq İtaliya B Seriyasına yuvarlanan “Kremoneze” ilə müqavilə bağlamışdı. O, daha öncə Türkiyədə “Kayserispor”da da forma geyinib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ