SON DƏQİQƏ

"Yuventus"dan daha iki transfer

Tarix:

31-01-2022, 20:56

/ 3 272 dəfə oxundu.
"Yuventus"dan daha iki transfer

İtaliya "Yuventus"u heyətini iki yeni futbolçu ilə gücləndirib.

Turin təmsilçisi Almaniyanın "Borussiya" (Dortmund) klubundan yarımmüdafiəçi Denis Zakariyanı, "Frazinone"dən isə müdafiəçi Federiko Qattini transfer edib. Hər iki oyunçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

"Qoca sinyora" uelsli futbolçusu Aaron Remzini isə cari mövsümün sonunadək Şotlandiya "Seltik"inə icarəyə verib. Qlazqo təmsilçisi yayda təcrübəli oyunçunu birdəfəlik heyətinə qata bilər.

Qeyd edək ki, "Yuventus" daha əvvəl Serbiya millisinin və "Fiorentina"nın hücumçusu Duşan Vlahoviçin keçidini gerçəkləşdirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ