SON DƏQİQƏ
» » Bir günün kriminal mənzərəsi: Onlarla cinayətin üstü açıldı

Bir günün kriminal mənzərəsi: Onlarla cinayətin üstü açıldı

Tarix:

Bu gün, 14:55

/ 2 811 dəfə oxundu.
Bir günün kriminal mənzərəsi: Onlarla cinayətin üstü açıldı

İyunun 12-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
⁠Axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
скачать dle 12.1

Şərhlər