SON DƏQİQƏ
» » Borca görə axtarışda olan 160 nəfər saxlanıldı

Borca görə axtarışda olan 160 nəfər saxlanıldı

Tarix:

16-09-2023, 11:22

/ 1 902 dəfə oxundu.
Borca görə axtarışda olan 160 nəfər saxlanıldı

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 191, o cümlədən borclu şəxs qismində axtarışda olan 160 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər