SON DƏQİQƏ
» » Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Tarix:

13-06-2026, 15:04

/ 2 410 dəfə oxundu.
Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.
GunAz.az-ın məlumatına görə, bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargah məlumat yayıb.
Məlumata əsasən, Əli Xaməneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
скачать dle 12.1

Şərhlər