SON DƏQİQƏ
» » Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi

Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi

Tarix:

22-06-2024, 21:02

/ 3 520 dəfə oxundu.
Xamenei prezidentliyə namizədlərə xəbərdarlıq etdi

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei prezidentliyə namizədlərə müraciət edib.
GunAz.az xəbər verir ki, Xamenei namizədləri teledebatlar zamanı diqqətli olmağa çağırıb:
“Namizədlər debatlar zamanı düşmənləri sevindirəcək ifadələrdən çəkinməlidirlər. Bəzən ölkənin, millətin, İslam Respublikası quruluşunun düşmənlərini sevindirəcək sözlər irəli sürülə bilər. Ona görə də deyilən sözlər düşməni sevindirməməlidir”.
Xatırladaq ki, namizədlər indiyə kimi üç teledebatda üz-üzə gəliblər.
Qarşıda daha iki teledebat qalır.
Onlar bazar ertəsi, iyunun 24-də “İran bugünkü dünyada” başlığı ilə canlı yayımda siyasi məsələləri müzakirə edəcəklər.
Prezidentliyə namizədlər iyunun 25-ində iqtisadi məsələlərdən danışacaqlar.
İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:
Mustafa Purməhəmmədi – prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian – parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani – Tehran meri;
Səid Cəlili – İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf – parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi – parlament sədrinin keçmiş müavini.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb.скачать dle 12.1

Şərhlər