
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi nəqliyyat təyyarəsi ölkənin şimal-şərqindəki Assam ştatında qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin yerli mətbuatı məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarə eniş zamanı Corhat şəhərindəki aviabazanın ərazisində qəzaya uğrayıb. Zərbədən sonra qəza yerində yanğın baş verib.
Hadisədə 5 nəfər həlak olub.
Yanğının qarşısını almaq və nəticələri qiymətləndirmək üçün dərhal hadisə yerinə təcili yardım xidmətləri göndərilib.
Hindistan Hərbi Hava Qüvvələri vəziyyətin ilkin qiymətləndirilməsi başa çatdıqdan və qəzanın səbəbləri ilə bağlı araşdırma başladıqdan sonra təfərrüatların açıqlanacağını bildirib.






























