SON DƏQİQƏ

Volkan Demirel baş məşqçi təyin edildi

Tarix:

18-12-2021, 08:27

/ 1 414 dəfə oxundu.
Volkan Demirel baş məşqçi təyin edildi

Futbol üzrə Türkiyə çempionatında çıxış edən "Fatih Karagümrük” klubuna yeni baş məşqçi təyin edilib.

İstanbul təmsilçisini Volkan Dəmirəl çalışdıracaq. Klubun yaydığı açıqlamada 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq qapıçısı ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, futbolçu karyerasını bitirdikdən sonra 2019-cu ildən 2021-ci ilin yayınadək "Fənərbağça” komandasında köməkçi məşqçi kimi işləyib. V.Dəmirəl "Fatih Karagümrük”ün baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Françesko Fariolini əvəz edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ