SON DƏQİQƏ
» » "Qəbələ" yeni hücumçu ilə müqavilə imzaladı

"Qəbələ" yeni hücumçu ilə müqavilə imzaladı

Tarix:

16-06-2022, 20:50

/ 1 265 dəfə oxundu.
"Qəbələ" yeni hücumçu ilə müqavilə imzaladı

2022-2023 mövsümünün hazırlığını davam etdirən "Qəbələ” heyətinə daha bir futbolçu qatıb. 

"Qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

 

Komanda heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü "Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada "Paulista” (2014-2016), Sloveniyada "Ankaran Hrvatini” (2017-2018) və "Maribor”da (2018-2021) çıxış edib.

Xatırladaq ki, "Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ