SON DƏQİQƏ

Məşhur idmançı adını tarixə yazdı

Tarix:

6-11-2023, 16:37

/ 2 252 dəfə oxundu.
Məşhur idmançı adını tarixə yazdı

Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatında yeni rekorda imza atıb.

O, bir mövsümdə ən çox qələbə qazanan sürücü kimi tarixə düşüb. Braziliya Qran-prisinin qalibi olan Ferstappen mövsüm ərzində baş tutan 21 mərhələnin 17-də finişə birinci çatıb.

Üçqat dünya çempionu karyerası ərzində 52-ci dəfə Qran-prinin qalibi olub. Bu göstəriciyə görə Alen Prostu qabaqlayan 26 yaşlı idmançı dördüncü pilləyə yüksəlib.

Ən çox qələbə qazanan ilk üç sürücü Lyuis Hemilton (103), Mixael Şumaxer (91) və Sebastyan Fetteldir (53).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ