
İtaliyanın İmola şəhərində keçirilməli olan "Formula 1" Qran-Prisi hava şəraiti səbəbindən ləğv olunub.
Bu barədə "Formula 1"dən məlumat verilib.
Məlumatda təhlükəsizlik səbəbindən Qran-Prinin təxirə salındığı bildirilib.
Qeyd edək ki, "Formula 1" İtaliya Qran-Prisi mayın 19-dan 21-dək keçirilməli idi.