SON DƏQİQƏ

Qarabağ azarkeşlərinə müraciət etdi

Tarix:

6-10-2022, 08:13

/ 1 172 dəfə oxundu.
Qarabağ azarkeşlərinə müraciət etdi

Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la (Yunanıstan) matçda "Qarabağ"ı stadiondan dəstəkləmək istəyənlər biletləri oyun günü saat 18:30-dan 19:00-dək Afina şəhərinin mərkəzində yerləşən "Marble Stadium"dan (tarixi "Panathenaic" stadionu) ala bilərlər.

Bununla bağlı Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletin qiyməti 20 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.

Azarkeşlərin oyundan əvvəl görüş nöqtəsi şəhər mərkəzində yerləşən "Marble" stadionunun qarşısı olacaq. Səfər komandasının azarkeşləri ilə bağlı yerli qaydalara, eləcə də təhlükəsizliyə görə, azarkeşlər matçın keçiriləcəyi Georgios Karaiskakis stadionuna "Qarabağ" tərəfindən ayrılmış xüsusi avtobuslarla, mühafizə əməkdaşlarının müşaiəti ilə gedəcəklər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ