
Xəbər verdiyimiz kimi, Ankaranın Keçiören rayonunda qaz sızması nəticəsində yaşayış binasında güclü partlayış olub.
Hadisə nəticəsində yaralanan 6 nəfər dərhal xəstəxanaya çatdırılıblar.
Həkimlərin edikləri müdaxilələrə baxmayaraq, Muhammed Kahtanın və 2 yaşlı qızı Mələyin həyatını xilas etmək mümkün olmayıb.
Digər 4 nəfərin müayinə və müalicələri davam edir.
xxx
02:12
Türkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib.
Hadisə Keçiören rayonun Kızlarpınarı məhəlləsində qeydə alınıb.
Məlumata görə, məhəllədəki binaların birində yaranan qaz sızması səbəbilə partlayış baş verib. Nəticədə binanın bir hissəsi dağılıb.
Səhiyyə naziri Fahrettin Koca partlayış nəticəsində 6 nəfərin yaralandığını bildirib. Onlardan ikisinin vəziyyəti ağırdır.publika.az




























