SON DƏQİQƏ

Yaşayış binasında güclü partlayış

Tarix:

8-09-2021, 15:24

/ 4 361 dəfə oxundu.
Yaşayış binasında güclü partlayış

Bu gün səhər saatlarında Rusiyanın Noginsk şəhərində yaşayış binasında partlayış baş verib.

Partlayış nəticəsində 17 mənzil tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxarıb. 14 nəfər isə yaralanıb. Yaralılardan 6-sı xəstəxanaya yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi partlayışın qaz sızmasından baş verdiyini bildirib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Ümumilikdə binadan 170-dən çox insan təxliyə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ