SON DƏQİQƏ

Bolnisi və Dmanisidə zəlzələ baş verdi

Tarix:

6-08-2021, 21:04

/ 1 579 dəfə oxundu.
Bolnisi və Dmanisidə zəlzələ baş verdi


Avqustun 6-da Gürcüstanda iki zəlzələ qeydə alınıb.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün Tbilisi vaxtı ilə saat 19:25-də Dmanisi rayonunun Sameba kəndində 3,4 bal gücündə zəlzələ baş verib.

Qeyd olunub ki, bundan əvvəl isə 12:55-də Tbilisidən 25 kilometr məsafədə, Bolnisi yaxınlığında 3,5 bal gücündə zəlzələ olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər