SON DƏQİQƏ
» » Xeyli sayda təkərin ölkəyə gətirilməsinin qarşısı alındı

Xeyli sayda təkərin ölkəyə gətirilməsinin qarşısı alındı

Tarix:

2-10-2018, 10:59

/ 10 269 dəfə oxundu.
Xeyli sayda təkərin ölkəyə gətirilməsinin qarşısı alındı

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsidən GunAz.az-a verilən məlumatda bildirilib.


Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı, sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə isə 2441 ədəd şin qeydə alınıb. 

Beləliklə, nəqliyyat vasitəsində gömrük orqanına düzgün bəyan olunmayan 1418 ədəd şin, eyni zamanda, gömrük orqanına bəyan olunmayan 32 ədəd disk aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər