SON DƏQİQƏ
» » Ölkəyə gizli yolla telefon gətirmək istəyən saxlanılıb

Ölkəyə gizli yolla telefon gətirmək istəyən saxlanılıb

Tarix:

8-08-2018, 10:59

/ 10 441 dəfə oxundu.
Ölkəyə gizli yolla telefon gətirmək istəyən saxlanılıb

Gürcüstandan gizli yolla telefon gətirmək istəyən şəxs saxlanılıb.

GunAz.az-ın Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd "Samsung Galaxy J4", 1 ədəd "Samsung Galaxy J5 pro", 2 ədəd "Samsung Galaxy J6" və 1 ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar, 15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.

скачать dle 12.1

Şərhlər