SON DƏQİQƏ
» » Gömrükçülər qanunsuz 10 mobil telefon aşkar etdilər

Gömrükçülər qanunsuz 10 mobil telefon aşkar etdilər

Tarix:

29-03-2017, 11:36

/ 1 830 dəfə oxundu.
Gömrükçülər qanunsuz 10 mobil telefon aşkar etdilər

Dövlət Gömrük komitəsi Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Komitədən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 10 ədəd "Samsung" markalı mobil telefon, mobil telefonlarda istifadə üçün nəzərdə tutulan 11 ədəd adapter, 8 ədəd batareya , 8 ədəd qulaqcıq və iki ədəd mobil telefon qutusu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ