SON DƏQİQƏ

Sabirabadda AĞIR QƏZA: 4 ölü, 1 yaralı

Tarix:

9-10-2017, 09:51

/ 1 046 dəfə oxundu.
Sabirabadda AĞIR QƏZA: 4 ölü, 1 yaralı

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. (apa)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ