SON DƏQİQƏ
» » Rusiyada avtobusun qatarla toqquşması nəticəsində 16 nəfər ölüb - Yenilənib

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində 16 nəfər ölüb - Yenilənib

Tarix:

6-10-2017, 08:07

/ 1 060 dəfə oxundu.
Rusiyada avtobusun qatarla toqquşması nəticəsində 16 nəfər ölüb - Yenilənib

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində 10 nəfər ölüb.

Gunaz.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobus dəmir yolu keçidini keçərkən sərnişin qatarı ilə toqquşub. Ölənlərin sayının artacağı istisna olunmur.

Ölən və xəsarət alan şəxslərin sayı dəqiqləşdirilir.

***

Rusiyada qatarla avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" xəbər verir ki, təqribən 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan iki uşaq reanimasiya şöbəsindədir.
TASS-ın məlumatına görə, ölən və yaralananların hamısı avtobusun sərnişinləridir. Avtobusda ümumilikdə 56 nəfər olub.

İlkin məlumata görə, avtobus qadağanedici siqnala məhəl qoymayaraq dəmir yol keçidinə çıxıb. Qatar "Sankt-Peterburq – Nijni Novqorod" marşrutu üzrə hərəkətdə olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ