SON DƏQİQƏ
» » Şamaxıda dəhşətli qəza: ölənlər və yaralananlar var

Şamaxıda dəhşətli qəza: ölənlər və yaralananlar var

Tarix:

2-10-2017, 10:29

/ 1 725 dəfə oxundu.
Şamaxıda dəhşətli qəza: ölənlər və yaralananlar var

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ