SON DƏQİQƏ
» » İsmayıllıda 7 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

İsmayıllıda 7 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Tarix:

27-09-2017, 16:06

/ 1 306 dəfə oxundu.
İsmayıllıda 7 nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

İsmayıllı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira”da sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıblar.

Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə aparıldığı bildirilir.

Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ