SON DƏQİQƏ
» » Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMALI HADİSƏ

Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMALI HADİSƏ

Tarix:

14-05-2017, 15:48

/ 3 624 dəfə oxundu.
Azərbaycanda evsizlərin yaşadığı binada MÜƏMMALI HADİSƏ

Dünən Mingəçevir şəhərində istifadəsiz binada tapılan kişi meyitinin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

Şəhərin 20 Yanvar küçəsində istifadəsiz qalmış dördmərtəbəli tikilidə aşkarlanmış yarıyanmış-yarıçürümüş kişi meyiti Patoloji Anatomiya Birliyinin Yevlax şöbəsinə aparılıb. 30-35 yaşlı həmin şəxsin üzərində hər hansı sənəd tapılmadığından adını müəyyənləşdirmək də mümkün olmayıb.

Bildirilir ki, meyitin tapıldığı binada xeyli vaxtdır ki, tüfeyli həyat tərzi sürən və evi olmayan insanlar yaşayır. Ölən şəxsin həmin insanlarla münasibətinin olub-olmadığı, bədbəxt hadisə nəticəsində və ya qəsdən öldürüldüyü də aydın deyil.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl vəfat edib. Çünki binanın ətrafında güclü qoxu yaranıbmış və ətrafda yaşayan sakinlərin müraciətindən sonra orada axtarış aparılıb.(lent.az)

GUNAZ.az 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ