SON DƏQİQƏ

Gömrükdə külli miqdarda siqaret tutuldu

Tarix:

19-04-2017, 11:49

/ 2 790 dəfə oxundu.
Gömrükdə külli miqdarda siqaret tutuldu

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ 21063 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5600 ədəd "Golden gate" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ