SON DƏQİQƏ
» » Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

Tarix:

2-10-2025, 18:09

/ 3 674 dəfə oxundu.
Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

İranda Tehran Universitetinin laboratoriyasında partlayış baş verib.
GunAz.az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu universitetin rektoru Mahmud Nili Əhmədabadi bildirib.
Onun sözlərinə görə, hadisə laboratoriyada azot kapsulunun partlaması nəticəsində baş verib.
Rektor əlavə edib ki, laboratoriya tamamilə dağılıb, partlayışın təsiri ilə binanın qapıları, pəncərələri və divarları zədələnib.
Tehran Bələdiyyəsinin yanğın xidmətinin nümayəndəsi bildirib ki, bu hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər ciddi, iki nəfər isə yüngül xəsarət alıb.
скачать dle 12.1

Şərhlər