SON DƏQİQƏ
» » SSRİ tarixində ilk: Bakıda insan qırğını BAŞ VERDİ

SSRİ tarixində ilk: Bakıda insan qırğını BAŞ VERDİ

Tarix:

20-01-2025, 08:00

/ 4 179 dəfə oxundu.
SSRİ tarixində ilk: Bakıda insan qırğını BAŞ VERDİ

20 yanvar 1990-cı ildə Bakıya diversiya qoşunu yeridilərək qarşılarına keçən insanları qanına qəltan etdilər.

 SSRİ tarixində ilk dəfə sovet ordusu bir sovet şəhərinə hücum edib, həm də sülh dövründə.

Rəsmi versiyaya görə, məqsəd Bakı ermənilərinə qarşı zorakılığın qarşısını almaq olub. Əslində isə bu proses artıq bitmişdi və rəsmi Moskva sonradan etiraf edəcəkdi ki, şəhərə qoşun hakimiyyətin Azərbaycan Xalq Cəbhəsi (AXC) tərəfindən ələ keçirilməsinə mane olmaq üçün yeridilib.

Müxtəlif dəyərləndirmələrə görə, hərbi əməliyyat nəticəsində 130-170 arası mülki vətəndaş həlak olub. Azərbaycanda bu hadisə "Qara yanvar" adlandırılır və hər il matəm günü kimi qeyd edilir.

Ekspertlər hesab edirlər ki, Bakı faciəsi SSRİ-nin dağılması prosesinin başlanğıcını qoyub.

20 yanvar hadisəsi gecə saat 3-4-də qədər davam edir, şəhərdə bəzi yerlərdə atəş səsi gəlsə də, ümumən şəhərdə sakilik yaranmışdı. Əsgərlər şəhərin içinə doğru irəliləməyə başlayanda onların arxasında ağır texnikaların irəlilənməsi görünürdü.

Şəhərdə fövqəladə vəziyyət elan olunsa da çox adamın bundan xəbəri yox idi. Hərbçilərin diversiya qrupu respublika televiziyasınının ötürücüsünü qidalandıran transformator blokunu partladmışdılar. Buna görə də, şəhər sakinlərinin böyük əksəriyyəti komendant saatını radioda səsləndirilən elan sayəsində səhər xəbər tuturlar 

 Səhər insanlar küçəyə çıxanda bir neçə yerdə PDM (BMP) və əsgərlər dayandığını görürlər və

 əsgərlərə kompot aparır, onlar da başlayırlar and içməyə ki, bura ancaq səhər gəliblər, gecə atəş açanlar başqaları olub". Bu belə idi, 20 yanvar günü Bakıya yeridilən qoşunun əksəriyyəti ermənilər və ruslar idi. Səhərə yaxın isə onları dəyişdirərək rus, özbək, qazax və başqa millətlərdən olan əsgərləri Bakıya doldurmuşdular.

 Səhəri gün bir milyondan çox şəhər sakini gecə öldürülənlərin dəfn mərasiminə qatılaraq şəhidlərimizi Dağüstü Parkda dəfn ediblər. 

Mahiyyət etibarilə 20 yanvar 1990-cı il Moskvanın Azərbaycanı itirdiyi gündür.

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər