SON DƏQİQƏ
» » Bulvarda boğulan yeniyetmə xilas edildi - VİDEO

Bulvarda boğulan yeniyetmə xilas edildi - VİDEO

Tarix:

12-12-2024, 21:52

/ 3 744 dəfə oxundu.
Bulvarda boğulan yeniyetmə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
GunAz.az bu barədə FHN-ə istinadla xəbər verir.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 16 yaşlı Rəşad Məmmədli dalğıclar tərəfindən xilas edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ