SON DƏQİQƏ

Bulvarda bir nəfər dənizə düşdü

Tarix:

27-11-2024, 20:39

/ 2 709 dəfə oxundu.
Bulvarda bir nəfər dənizə düşdü

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
GunAz.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş 2003-cü il təvəllüdlü F.Əlili dalğıclar tərəfindən xilas edilib.
скачать dle 12.1

Şərhlər