SON DƏQİQƏ

Klub rəhbəri faciəvi şəkildə öldü

Tarix:

22-07-2024, 11:14

/ 2 876 dəfə oxundu.
Klub rəhbəri faciəvi şəkildə öldü

Ağdaş şəhər sakini, 1988-ci il təvəllüdlü Fərid Ağa oğlu Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
GunAz.az xəbər verir  ki, onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəridir.
R.Əliyev evli olub, 3 övladı qalıb.
скачать dle 12.1

Şərhlər