SON DƏQİQƏ

“Sədərək” ticarət mərkəzində YANĞIN

Tarix:

15-06-2024, 19:10

/ 2 772 dəfə oxundu.
“Sədərək” ticarət mərkəzində YANĞIN

“Sədərək” ticarət mərkəzində yanğın olub.
Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb.
Anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ