SON DƏQİQƏ

Sədərəkdəki yanğının səbəbi nədir?

Tarix:

9-01-2023, 11:59

/ 1 817 dəfə oxundu.
Sədərəkdəki yanğının səbəbi nədir?

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən "Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Qurumdan  bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan "Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən "Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ