SON DƏQİQƏ

Məşhur aktyor vəfat etdi - FOTO

Tarix:

27-03-2024, 15:48

/ 2 398 dəfə oxundu.
Məşhur aktyor vəfat etdi - FOTO

Hindistanın məşhur aktyoru Partha Sarathi Deb Kəlkütə xəstəxanasında dünyasını dəyişib.
GunAz.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
 
Məlumata görə, aktyorun 68 yaşı var idi.
Bildirilir ki, aktyor xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkib. Bir ay xəstəxanada müalicə olunub. Sənətçi son bir həftəni reanimasiyada keçirib.
Qeyd edək ki, Partha Qərbi Benqal Kinematoqrafçılar Forumunun vitse-prezidenti idi. O, çoxlu filmlərdə rol alıb, teatr tamaşalarında iştirak edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ