SON DƏQİQƏ
» » Bakıda yaşayış binasında yanğın - Zəhərlənən var

Bakıda yaşayış binasında yanğın - Zəhərlənən var

Tarix:

8-02-2024, 10:56

/ 4 087 dəfə oxundu.
Bakıda yaşayış binasında yanğın - Zəhərlənən var

Bakı şəhərinin Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində 1 ədəd qaz sayğacı və 1 m² sahədə yığılan məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 10 nəfər sakini tüstülənmiş sahədən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
скачать dle 12.1

Şərhlər