SON DƏQİQƏ

Azərbaycan futbolunda dava olub

Tarix:

25-12-2023, 18:46

/ 2 176 dəfə oxundu.
Azərbaycan futbolunda dava olub

Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan"-"Zaqatala" matçında insident yaşanıb.

Hadisə oyunun 88-ci dəqiqəsində olub. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək, vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.
"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra gərginlik artıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ