SON DƏQİQƏ
» » “Monako” - “Lion” futbolçuları arasında KÜTLƏVİ DAVA

“Monako” - “Lion” futbolçuları arasında KÜTLƏVİ DAVA

Tarix:

3-05-2021, 08:57

/ 3 523 dəfə oxundu.
“Monako” - “Lion” futbolçuları arasında KÜTLƏVİ DAVA

Futbol üzrə Fransa Birinci Liqasının XXXV turunda "Monako” və "Lion” komandaları qarşılaşıb.

"Report”un məlumatına görə, Monakonun "Lui II” stadionunda keçirilən görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Matçı Kleman Turpenın başçılıq etdiyi hakim briqadası idarə edib.

Qeyd edilir ki, hakimin final fitindən sonra meydançada xoşagəlməz hadisə baş verib. Belə ki, komandaların futbolçuları arasında dava olub. Qarşıdurmanın səbəbi hələlik məlum deyil. Fransa mətbuatın məlumatına görə, hadisə ilə bağlı dörd futbolçuya - "Monako”nun oyunçuları Villem Jebelə və Pyetro Pelleqriyə, "Lion”dan isə De Şılyo və Marseloya qırmızı kart göstərilib. Qeyd edək ki, oyun zamanı qonaqların daha bir oyuncusu – Kakere də meydandan qovulub.
Xatırladaq ki, 35 oyunda 71 xal yığan "Monako” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 70 xalı olan "Lion” isə dördüncü yerdədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ