SON DƏQİQƏ

Matçda kütləvi dava baş verib

Tarix:

19-02-2018, 10:19

/ 1 116 dəfə oxundu.
Matçda kütləvi dava baş verib

Braziliya çempionatı çərçivəsində baş tutan “Vitoria” – “Bahia” oyununda futbolçular arasında kütləvi dava düşüb.

Guanaz.az xəbər verir ki, oyunun 50-ci dəqiqəsində “Bahia”nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub.  Belə ki, “Bahia”nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi “Vitoria”nın futbolçularını əsəbiləşdirib.  Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi “Vitoria”nın 3, “Bahia”nın 4 futbolçusuna qırmızı vərəqə göstərib.

Oyunun  davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb. 

Qeyd edək ki, Braziliyada tez-tez belə hadisələr yaşanır.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ