SON DƏQİQƏ

“İdmanda da Azərbaycanı sıxışdırılar”

Tarix:

19-10-2017, 17:45

/ 1 401 dəfə oxundu.
“İdmanda da Azərbaycanı sıxışdırılar”

Novruz Məmmədov “Qarabağ”ın oyununu şərh etdi
“Siyasətdə baş verənlər idmanda da təkrar olunur”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Atletiko Madrid” klubları arasında keçirilən oyununda fransız hakimin qərarını şərh edərkən bildirib.
“Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu”, – deyə Prezidentin köməkçisi əlavə edib.
Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə “Qarabağ” futbolçusu Dino Ndlovuya qarşı “Atletiko”nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ