"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün Gənclər Liqasının Çempionlar yolunda növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu "Roma"nı qəbul edib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda yenə məğlubiyyətlə üzləşib. Belə ki, görüş "Roma"nın 3:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası ilk matçda “Çelsi”yə 0:5, "Roma" isə “Atletiko”ya 1:2 hesabı ilə uduzmuşdu. .
Gənclər Liqası
Çempionlar yolu
II tur, C qrupu
27 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 0:3
Qollar: Jan Kelar, 11; 60; Mirko Antonuççi, 77