SON DƏQİQƏ
» » Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı

Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı

Tarix:

26-09-2023, 17:09

/ 1 605 dəfə oxundu.
Bərdədə binada partlayış: 2 nəfər xəsarət aldı

Bərdə rayonunda çoxmənzilli yaşayış evində iki nəfərin xəsarət alması ilə nəticələnən partlayış olub.

Hadisə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı 866 saylı qəsəbədə 13 saylı binada baş verib. Partlayışa səbəb ev sahibinin evdə qaz borusunda apardığı təmir işləri olub.

Qeyd edək ki, hadisə zamanı ev sahibi Sadiq Allahverdi oğlu Cəfərov və həyat yoldaşı muxtəlif bədən xəsarətləri alıb.

Yaralananlar Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ