SON DƏQİQƏ
» » Təyyarə qəzası: 7 meyit tapıldı, Priqojinin isə...

Təyyarə qəzası: 7 meyit tapıldı, Priqojinin isə...

Tarix:

23-08-2023, 23:27

/ 3 641 dəfə oxundu.
Təyyarə qəzası: 7 meyit tapıldı, Priqojinin isə...

Göyərtəsində Yevgeni Priqojin də olan təyyarənin Tver vilayətində qəzaya uğradığı yerə gələn xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

Axar.az xəbər verir ki, bu barədə TASS-a Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

"Hazırda təcili yardım briqadası var, amma onları təyyarənin düşdüyü yerə yaxın buraxmırlar. Ölənlərin sayı barədə heç nə məlum deyil, çünki briqadanın ora getməsinə icazə verilmir", - Tver vilayətində Vahid Təcili Tibbi Yardım və Təcili Tibbi Yardım Dispetçer Mərkəzində növbətçi olan şəxs bildirib.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa gedən şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 3 ekipaj üzvü və 7 sərnişinin hamısının öldüyü bildirilir.

Sərnişinlərin siyahısında Yevgeni Priqojinin də adı var.

Şahidlərin sözlərinə görə, təyyarə qəzaya uğramazdan öncə iki dəfə güclü partlayış səsi eşidilib. Təyyarənin zenit-raket kompleksi ilə vurulduğu da iddia edilir.

Rusiya FHN 8 nəfərin meyitinin qalıqlarının çıxarıldığını bildirmişdi. Meyitlərin kimlərə aid olduğu açıqlanmır.

скачать dle 12.1

Şərhlər