SON DƏQİQƏ
» » SADIQ QARAYEV VƏ ““N” SAYLI QƏHRƏMANLIQ” ƏSƏRI

SADIQ QARAYEV VƏ ““N” SAYLI QƏHRƏMANLIQ” ƏSƏRI

Tarix:

25-10-2023, 21:09

/ 2 208 dəfə oxundu.
SADIQ QARAYEV VƏ ““N” SAYLI QƏHRƏMANLIQ” ƏSƏRI


Yazıçının bundan əvvəl də üç əsəri ilə tanış olmuşuq. Bu əsərlər də öz məzmununda dedektiv xarakterli tam dedektiv olmayan mövzuları bədii aspektdə sərgiləyir. Müəllif əsərlərinə ağır üslub və mövzu seçsə də, məzmun hər cəhətdən uğurlu alınır. Ona gırə də indiki dövrdə kitabları oxucu qıtlığına məruz qalmır.
““N saylı qəhrəmanlıq” əsəri gələcəyə gedən yolun yolçusudur. Bu, müharıbələri görməyən sabahkı övladlarımızın əlindən tutub gələcəyə aparmaqla yanaşı keçmişimizi də onlara təqdim edir.  Əsərdə ayrı-ayrı vətən oğullarının qəhrəmanlıq yolu elə təsvir edilmişdir, elə qələmə alinmışdır ki, sanki esselər toplusudur, amma vətən sevgisi,vətən amalı bu esseləri qirilmaz bir süjetlə birləşdirir. Hər “esse”də bir qəhrəman, onun həyat yolu, daxili dünyası, vətən, ailə sevgisi dayanır. Müharibə mövzusunda yazılan   əsərlərdə həmişə iştirakçı çoxluğu olur. Bu əsərdə iştirakçı çoxluğu qəhrəmanlıqların “N” sayında təcəssüm edir.
Əsər üc hissədən ibarətdir. “Müharibə Tumurcuqları”, ““N” saylı qəhrəmanlıq”, “Mövcudluğun səpələnməsi” başlıqları ilə kitaba daxil olan fəsillərin bir-biri ilə daxili əlaqəsi vətən uğrunda 200 ildən bəri səngimək bilməyən mücadilə və başlanması labüd olan müharibə xətti  üzərində qurulmuşdur. SSRİ dövründən müdaxilələrə məruz qalan torpaqlarımızdan – Göyçədən, Zəngəzurdan soydaşlarımızın qovulması, soyqırıma məruz qalması, I Qarabağ müharibəsinin başlanması, Qarabağ və ətraf rayonların işğalı və bu işğal zamanı törədilən insanlığa sığmayan cinayətlər “Müharibə tumurcuqları” bölümünün əsasını təşkil edir. Dünya dövlətlərinin, xüsusilə xristian dünyasının ikili münasibəti də əsərdə öz maqamında üzə çıxır. I Qarabağ müharibəsinin ağirlıqları, çətinlikləri, məğlubiyyətinin -- əslində görünməyən qələbənin  səbəbləri, indiyədək olmadığı aydınlıqla açılır. Roman bədii əsərdən çox bir müharibə salnaməsini xatırladır. Az qala hər əsgərin, hər zabitin, müharibə əzabı yaşayan vətəndaşın, hər təcavüzə məruz qalan əsirin, iyrənc, insanlığa sığmayan erməni vandalizminin haqqında ayrıca məlumat verilir. Oxucu müharibə həyatını yaşayanların hər birinin fərdiliyini görür, fərdlərin birliyində qələbəni tapır.
“Müharibə tumurcuqları” adlanan I fəsildə müharibənin səbəbləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri vəhşiliklər, soyqırımlar, torpaqlarımızın işğalı və I Qarabağ müharibəsi fonunda “Aprel döyüşləri”, “Tovuz döyüşləri” vaxtı əsgər və zabitlərimizin qəhrəmanlığından, Azərbaycan xalqının “Şəhidlik məktəbindən” bəhs edilmişdir. Məhz bu hadisələrdir tumurcuqların yaranmasına, ilkin rüşeymlərin əmələ gələsinə münbit zəmin.
Əsərdə ilk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı verilmiş, müharibədən əvvəl və müharibə dövründə düşüncələri, ideyaları və fəaliyyəti işıqlandırılmışdır. S. Qarayev Ali Baş Komandan surəti yaratmaqla həm əsəri tarixiləşdirmiş, həm də ölkənin idarə olunmasında kamil bir rəhbərin varlığı ilə əminliklə iftixarlanmışdır. Çox incə ştrixlərlə ölkə rəhbərinin qayğılarını, seçim bacarığını, nəyi, necə, nə vaxt düzənləmə qabiliyyətini sərrast dəlil və ifadələrlə oxucuya çatdıra bilir. Bir prezident olaraq xalqını, onun övladlarını düşünəndə nə qədər həssasdırsa, Ali Baş Komandan kimi tapşırıqlar verəndə o qədər sərt və tələbkardir. S. Qarayev dövlətlərarası münasibətlərdə qətiyyətli, təmkinli, haqqa söykənən cəsarətli bir rəhbər surətini çox ustalıqla yaratmışdır. Ali Baş Komandan olaraq “başla” əmri verəndə də, Azərbaycan Prezidenti kimi nəhəng dövlətlərin seçilmiş diplomat jurnalistlərinin suallarını cavablandıranda da, bir vətəndaş kimi müharibənin gedişini generalla müzakirə edəndə də onun daxili dünyasının qətiyyəti və ehtiyatlılıq məqamları xüsusi qabarıqlıqla açılır, oxucu bu davranışlara heyran olur.
Yazıçının qələmi İlham Əliyevin çoxcəhətli surətini çox böyük məsuliyyətlə, həm də incəliklə açır. Bu istiqamətdən ““N” saylı qəhrəmanlıq” əsəri gələcək nəsillərə örnək kitabdır.
Müharibə tumurcuqlarının tam yetişkənliyindən “And” doğur. Bu hər bir Azərbaycanlının vətənə sədaqət, vətəni xilas etmək, qorumaq andıdır. Bu and qələbəmizə gedən yolun işığıdır. Bu and ölkə prezidentinin xalq qarşısında, xalqın prezident, vətən qarşısında andıdır.
““N” saylı qəhrəmanlıq” adlanan II fəsildə müharibəyə hazırlığın tamamlanması, döyüşün planlamaları, başlanması, 2-ci ordu korpusunun timsalında 30 il ərzində möhkəmlənmiş “keçilməz Ohanyan xəttinin” rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri tərəfindən yarılması, kənd və şəhərlərimizin işğaldan azad olunması həm bədii, həm hərbi, həm də tarixi dillə təsvir edilmişdir. Yazıçı onlarla şəhid və qazilərin döyüş yolu, göstərdikləri N sayda və “N” saylı qəhrəmanlıqları, şücaətləri əsasən sənədli, real faktlar əsasında cəlbedici bir üslubla əsərə daxil etmişdir.
“N saylı qəhrəmanlıq” ... bu adin altında N saylı qəhrəmanlıq, N saylı şücaət, N saylı əməliyyat tədbirləri, vətən yolunda N saylı ölüm, candan keçmə həvəsi, torpaqlarını düşməndən xilas etmə istəyi, oğul arxasınca qürurla baxan N saylı   narahat ana qəlbi, ata ürəyi, nişan üzüyünü əlində möhkəm sıxan gənc qız həsrəti... dayanır. “Aləmlərin sssöhbəti” sinələrə dağ basır, qəlblərdə qürur yaradır:
Ata, mən də hər an sizinləyəm, biləsən,
Tələsmə ki, tez yanıma gələsən.
Anama de, yuxum gəlmir, mənə lay- lay desin,
Qızıma de, atan yatıb, gözləməsin.
Bu tək bir şəhidin səsi deyil, həm I, həm II Qarabağ müharibəsi şəhidlərinin, qapısına şəhid möhürü vurulan minlərlə evlərdə yatmış atasını gözləyən övladların səsidir. Övladı ilə bərabər dəfn olunmaq üçün qəbrə atılan N saylı ata, anaların səsidir.
Bu,“N” saylıları sadalamaqla bitən deyil. Bizim araşdırmağa gücümüz çatmayanı S. Qarayev tam mənası ilə birər-birər bir əsərdə əhatə edə bilmişdir. Əsərdə hadisə eyniliyi yoxdur, hamı bir amal uğrunda, hər kəs öz varlığı ilə təkrarsız şücaət göstərir. Bax budur qəhrəmanlığın səpələnməsi! Budur qələmin gücü!
III fəsil “Mövcudluğun səpələnməsi” adlanır. Burada Şuşanın azad olunması, möhtəşəm tarixi qələbə sayəsində 30 il davam edən işğalın sona çatması Cıdır düzündə “Sərxoş qarğa rəqslərinin” “Xarıbülbül” festifalıyla əvəz olunması fonunda mövcudluğun səpələnməsi təsvir olunur. Qəhrəman şəhidlərin  mövcudluğu isə Azərbaycanın üçrəngli bayrağına, dövlətin gücünə, xalqın milli-mənəvi dayaq nöqtələrinə səpələnir. Hətta bu gün bizim tanıdığımız, amalına bələd olduğumuz generalların, polkovniklərin, zabitlərin, əsgərlərin, hər bir kəşfiyyatçının daxilinə hopan vətən, Şuşa qeyrətidir bu səpələnən mövcudluq. Səpələnə bildiyinə görə də Azərbaycan şəhidlik, qəhrəmanlıq məktəbi mövcudlaşdı və 200 illik ermənilik faşizmi və havadarları üzərində tarixi, həlledici qələbə çaldı. Ermənilik ideyaları yoxluğa, keçmişə səpələndi. Burada “mövcudluğun yüksəliş xətti varsa, eniş xətti də var” ideyası təsdiqlənir. Bu yüksəlişin zirvəsində yazıçının vətəni, onun həmvətənləri dayanır, qanı, canı bahasına... Amma qürurla dayanır.
Əsərdə Sadıq Qarayev maraqlı epizodlarla müharibənin yazılmamış qanunları çərçivəsində xalqımzın, dövlətimiin üzləşdiyi bu təcavüzün təkcə iki qonşu ölkə arasında məhdudlaşmadığını sətiraltı eyhamlarla, ancaq aşkar şəkildə ustalıqla göstərə bilmişdir.
Əli – Zori – ayı xətti çox maraqlı qurulub. Məncə şərti ayı əvvəlcə Əliyə, onun timsalında Azərbaycana yaxınlaşır, Əlini ölmüş bilib zərərsiz hesab etdikdən sonra ona zərər verə biləcək tərəfə - Zoriyə, onun timsalında isə Ermənistana yaxınlaşır. Bura mubarizə meydanıdır,   Zori ilə ayının əlbəyaxa olması Əliyə fürsət verir. Əli düşmənini ələ keçirə bilir. Bu artıq siyasət meydanıdır.
Ayi ilə kəşfiyyatçıların rastlaşması, ayının hər iki kəşfiyyatçıya hücumu, şimaldan gələn zərbənin də, himayənin də məqsədli olduğu ayının şəxsində rəmzi olaraq açıqlanır. Həm də burada bir Azərbaycanlı, bir türk humanistliyi var. Ayının öldürməkdə olduğu düşməni xilas etmək kimi ali bir duyğu yaşanır. Məhz bu anlamda ayının Azərbaycanlı zərbəsi ilə ölümü də bir rəmzdir. Erməninin vətəninin iqtisadi və siyası rifahı Azərbaycanın əlindədir. Sakit qonşu kimi həyat sürmək, Zəngəzur dəhlizinin iqtisadi mənfəətindən faydalanmaq, ticarət yollarının açılması və s. bu rifahın əsasını təşkil edir. Amma...
Bu bölümdə ayrı-ayrı məkanların, vətənin hər qarış torpağının azadlığı uğrunda mübarizə səfərinə cıxmış insanların, heç vaxt Qarabağı görməmiş, qan yaddaşında həsrət yaşadan gənclərin döyüş haqqını Qarabağın tarixindən yazdığı səhifələrlə bir daha əsaslandırır. Bu müharibə VƏTƏN torpağı uğrunda uzun illərin həsrətindən tumurcuqlayan müharıbədir. Bu gün – hər kənd, hər qarış torpaq alındıqca çiçək açan ədalətli müharibədir.
Hər günün öz zəfəri var – yazıçının dili ilə desək, hər günə mövcudluğun zəfəri səpələnib, səpələnmiş zəfər mövcudluqu bütövləşir “Zəfər günü söhbəti”ndə. Ana deyil o, analardır, məktəbdən gec gələn oğlunun-şəhid olmuş oğlunun yolunu gözləyir, onunla söhbət edir:
“-Yəqin orda Vətən, dövlət, Azərbaycan əzəbərləyirdin...
Gördüm, gördüm uzaqdan, ağ saçlarımı yol edib, sevinclə, üçrəngli sən gəlirdin, çiyinlərdə mənə əl eyləyirdin.
– Salam, ana, zəfər günün mübarək!
Siz də orda yığışın bir yerə, atamı təbrik elə.
Qızım, oğlum dərslərini oxuyurmu, nənəm mənə qalın-isti yun corablar toxuyurmu? Babam yenə təqaüdü əsgərlərə verirmi, qəpik-qəpik yığıb qələbəyə qurban deyirmi?
Ordu ana, rəşadətin, milli qeyrətin yer-yurdu Ana!
Bilirsənmi, burda bir üçrəngli yol vardır, kənarları 44 dənə ayna kimi bulaqlardır...
Tez-tez gedirik ora, hər içəndə sizə necə gətirək deyirik, çörəklərin vətən ətirlisini yeyirik, üçrəngli paltarlar geyirik...
– Bura bax, oğul, çıx gəl evə, mən çox darıxmışam,
Sənə sözüm var, ürəyimi  qurban saxlamışam.
– ....”
Bu, təkcə oğul – ana söhbəti deyil, həm də yazıçının gələcəyə inamıdır. Bu gün zəfər duyğuları yaşayan xalqın,  minlərlə şəhid valideyni olan xalqın gələcəyinə yazıçı inamı. Qarayevin yenə vətənini, xalqını, dövlətini  sevən, qorumağa qadir olan oğulların yaranacağına olan inamı, Azərbaycançılıq ideyalarını gələcək nəsillərə apara bilən vətən övladlarına olan inamı.
Böyük Azərbaycançılıq əqidəsini özündə yaşadan S.Qarayevin bu tarixi-sənədli-bədii əsərinə epiloqu “Azərbaycançılıq məfkurəsi” adlandırması da heç təsadüfi deyil.
Azərbaycançılıq məfkurəsinə daim sədaqəti ilə seçilən Sadı Qarayevə tutduğu elm, yazıçılıq və Azərbaycançılıq yolunda uğurlar arzulayıram.
Sima Cəfərova
Tədqiqatçı filoloq
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ