SON DƏQİQƏ

Əməkdar jurnalist vəfat etdi

Tarix:

29-04-2024, 15:08

/ 2 909 dəfə oxundu.
Əməkdar jurnalist vəfat etdi

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib.
GunAz.az xəbər verir ki, Azərbaycanın əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib.
Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirib.
O, “Azərbaycan pioneri”, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer”, “Oqonyok” və “Literaturnaya qazeta” kimi məşhur mətbuat orqanlarında çalışıb. Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri olub. O, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və baş direktoru olub.
Yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyində dərc edilən araşdırmalar aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn mühüm mənbədir.
Vasif Səmədovun adı Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabına daxil edilib.
Allah rəhmət eləsin!скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ