SON DƏQİQƏ

Xərçəngə qarşı peyvənd tapdılar

Tarix:

29-04-2024, 14:40

/ 2 605 dəfə oxundu.
Xərçəngə qarşı peyvənd tapdılar

Britaniya alimləri melanomaya qarşı unikal mRNT peyvəndi hazırlayıblar.
GunAz.az xəbər verir ki, bu barədə The Guardian yazır.
Peyvənd sınaqların ilk iki mərhələsindən uğurla keçib, üçüncüsü mərhələ isə hazırda yüzlərlə xəstəni əhatə edir. Yeni peyvəndin üstünlüyü ondan ibarətdir ki, o, hər bir xəstə üçün fərdi olaraq hazırlanır, immunitet sistemini işə salaraq, orqanizmin özbaşına xərçəng hüceyrələrini ovlamasına səbəb olur.
Tədqiqat koordinatoru Dr. Heather Shav peyvəndin xərçəngi müalicə etmək üçün yaxşı potensiala malik olduğunu qeyd edib:
“Bu, çox fərdiləşdirilmiş bir terapiyadır və müəyyən mənada peyvənddən daha ağıllıdır”.
Qeyd olunur ki, fərdi peyvəndin hazırlanması üçün xəstədən şiş nümunəsi götürülür, daha sonra isə süni intellekt vasitəsilə DNT-nin ardıcıllığı aparılır.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ